Ana Sayfa > Ölkə > Ağdamda işğaldan azad olunan ərazilərin 2 671 hektarı minalardan tam təmizlənib
Ağdamda işğaldan azad olunan ərazilərin 2 671 hektarı minalardan tam təmizlənib11-03-2021, 17:52. Yazar: sevinc1 |
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib. O qeyd edib ki, artıq rayon ərazisinin 2 671 hektarı minalardan təmizlənərək təhvil verilib: "Bundan başqa, işğaldan azad edilən ərazilərin yolları minlardan təmizlənib, gediş-gəlişə normal şərait yaradılır. Hazırda əsasən əkinə yararlı sahələrin təmizlənməsi prosesi aparılır. Əkin sahələrindən sonra növbəti mərhələdə kəndlərin yaşayış sahələrinin təmizlənməsinə başlanılacaq". aia.az Geri dön |