Ana Sayfa > Karusel / İqtisadiyyat > AGRİ layihəsi üzərində işlər hazırda dondurulub -

AGRİ layihəsi üzərində işlər hazırda dondurulub -


10-03-2021, 10:16. Yazar: sevinc1
AGRİ layihəsi üzərində işlər hazırda dondurulub -

Azərbaycan-Gürcüstan-Rumıniya (AGRİ) layihəsi üzərində işlər hazırda dondurulub.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

Xatırladaq ki, 2010-cu ilin sentyabr ayının 24-də Azərbaycan, Rumıniya, Gürcüstan prezidentləri və Macarıstanın baş naziri tərəfindən AGRİ layihəsinə dair Bəyannamə imzalanıb.

Nazirlikdən bildirilib ki, layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilməsi, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılıb:

"Layihənin iştirakçıları SOCAR, Gürcüstanın Neft və Qaz Korporasiyası, Macarıstanın MVM şirkəti və Rumıniyanın Romgaz şirkətidir. İştirakçıların hər birinin payı 25% təşkil edir.

Hazırda layihə üzərində işlər dondurulub.”

aia.az
Geri dön