Ana Sayfa > Təhsil > BDU-da seminar: Kurikulum modelində dərsin şagirdlərin idrak fəallığının yüksəldilməsində rolu
BDU-da seminar: Kurikulum modelində dərsin şagirdlərin idrak fəallığının yüksəldilməsində rolu9-03-2021, 17:54. Yazar: admen |
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində onlayn elmi seminar keçirilib. BDU-dan bildirilib ki, onlayn seminarda fakültənin magistrantı Fatma İsayeva “Kurikulum modelində dərsin şagirdlərin idrak fəallığının yüksəldilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib. Seminarda şagirdlərdə biliklərə yiyələnmək həvəsinin yaradılması üçün metod və təlim texnologiyalarının yeniliklərindən danışılıb. Həmçinin real ziddiyyətlərdən yaranan emosiyaların əqli ehtiyatların səfərbərliyini təmin etdiyi, idrak fəaliyyətini yüksəltdiyi, diqqəti uzun müddət cəmləməyə imkan yaratdığı qeyd olunub. Məruzəçi təlim-tərbiyə prosesində şagirdlərin öz fikirlərini sərbəst söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə yaradılan şəraitin əhəmiyyətindən də söz açıb. Professor Ləzifə Qasımova və dosent Kamalə Pənahova şagirdlərin idrak fəallığının inkişafında müasir tədris metodlarının əhəmiyyətindən danışıblar. Seminar mövzu ətrafında müzakirələrlə davam edib. AİA.Az Geri dön |