Ana Sayfa > Karusel / Siyasət > Ən çox bu qurumlardan korrupsiyaya görə şikayət edilir -
Ən çox bu qurumlardan korrupsiyaya görə şikayət edilir -9-03-2021, 17:47. Yazar: sevinc1 |
![]() 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb. Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub. Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir. “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir: Daxili işlər orqanları – 779 Yerli icra hakimiyyəti orqanları - 656 Sosial müdafiə - 654 Səhiyyə - 564 Bələdiyyələrin fəaliyyəti – 280 Təhsil – 136 Ədliyyə orqanları - 134 Özəl sahə - 121 "Azərişıq" ASC-nin fəaliyyətilə bağlı - 115 Meliorasiya və su təsərrüfatı - 96 "Azəriqaz" İB - 88 Səfərbərlik - 48 Ekologiya və təbii sərvətlər - 40 Müdafiə - 33 "Azərsu" ASC - 29 Bank sektoru - 28 Kənd təsərrüfatı - 28 Digər - 832 Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq. aia.az Geri dön |