Ana Sayfa > Qərbi Azərbaycan > Bu 8 dərmanı daima üstünüzdə gəzdirin, onlar sizə istənilən zaman lazım ola bilər
Bu 8 dərmanı daima üstünüzdə gəzdirin, onlar sizə istənilən zaman lazım ola bilər9-03-2021, 17:35. Yazar: admen |
1. Parasetamol Parasetamol dünyada ən məşhur dərman sayılır. Bu tərkibə malik onlarca dərman var. Parasetamolun ağrıkəsici, qızdırmasalıcı və iltihabəleyhinə təsiri var. Dozasının çox olması uşaqlar üçün zərərlidir. Bu dərmanı qaraciyər xəstəliklərindən əziyyət çəkən adamlara vermək olmaz. Həmişə yanınızda saxlasanız baş ağrıları və qızdırmalar zamanı köməyinizə çata bilər. 2. İmodium İshal zamanı bağırsaqların fəaliyyətini normallaşdırır. Yanınızda saxlamanız özünüzdə və ətrafınızdakı adamlarda qəfil baş verən ishalın qarşısını ala bilər. 3. Diazolin Allergiya əleyhinə təsir göstərir. Ən birinci yaranmış allergiya dərmanlarından biridir. Allergiya əleyhinə təsir göstərir, baş ağrısını, qaşınmanı aradan qaldırır. Heç bir əks göstərişi yoxdur. 4. Ekstrat valerian Ən qədim sakitləşdiricilərdəndir. Təbii bitki tərkibli dərmandır. 12 yaşına qədər uşaqlara yalnız həkimin məsləhəti ilə vermək lazımdır. 5. Nitroqliserin Qəfil baş verən ürək tutmalarının əlamətlərini aradan qaldırır, ürək damarlarını genişləndirərək qanın normal axınını təmin edir. Dərmanın qəbulu xəstələrdə baş ağrıları əmələ gətirə bilir. 6. Papazol Təzyiq salıcı dərmandır. Gün ərzində 2-3 həb qəbul etmək olur. 12 yaşına qədər uşaqlara vermək olmaz. 7. Aktivləşdirilmiş kömür Bu dərmanı yanınızda gəzdirmək qəfil meydana çıxan zəhərlənmə əlamətlərinin aradan qalxmasına səbəb olar. Aktivləşdirilmiş kömür bağırsaqlardakı toksinləri sormaq qabiliyyətinə malikdir. 8. No şpa Bu dərman ən yaxşı spazmolitiklərdəndir. Mədə və bağırsaqlardakı spazmları aradan qaldırır. Həkimin təyinatı ilə az yaşlı uşaqlara da vermək mümkün olur. Amma böyüklər gün ərzində 6 həbə qədər qəbul edə bilərlər. AİA.Az Geri dön |