Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 297 nəfər COVID-19-a yoluxub, 126 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycanda 297 nəfər COVID-19-a yoluxub, 126 nəfər sağalıb, 3 nəfər vəfat edib


9-03-2021, 17:12. Yazar: sevinc1
Azərbaycanda 297 nəfər COVID-19-a yoluxub, 126 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib, aktiv xəstə sayı 4 095 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, ötən müddət ərzində isə ümumilikdə 2 663 151 test aparılıb.

aia.az
Geri dön