Ana Sayfa > Siyasət > Ermənistan UNICEF-in ölkədəki nümayəndəsinin mandatını dayandırıb
Ermənistan UNICEF-in ölkədəki nümayəndəsinin mandatını dayandırıb9-03-2021, 10:37. Yazar: sevinc1 |
![]() Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Qeyd olunub ki, M.Klark-Hattinqin fəaliyyəti Ermənistan üçün problemli hesab olunub. BMT-nin daimi əlaqələndiricisi və UNICEF nümayəndələri bu qərar barədə məlumatlandırılıb. M.Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin olunmuşdu. aia.az Geri dön |