Ana Sayfa > Qərbi Azərbaycan > Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır -

Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır -


9-03-2021, 09:49. Yazar: sevinc1
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır -


Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev COVİD-19 virusuna qarşı vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə səslənən fikirlərə münasibət bildirib.

A.Allahverdiyev Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əvvəllər “COVİD-19 virusu yoxdur” deyən insanlar olduğu kimi, vaksinasiya başladığı dövrlərdə də bəlli qruplar bu prosesə qarşı çıxış etməyə başlayaraq bu vaksinin təhlükəli olması, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirdilər. Amma zaman göstərdi ki, insanlar COVİD-19-un mövcud olmaması barədə fikirlərin yalan olduğunu gördükləri kimi, vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlərin əsassız olduğunu, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir.

Vaksin vurdurmaq istəyən insanların sayının getdikcə artdığını deyən A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb.

Professorun dediyinə görə, vaksinin birinci dozası vurulan zaman orqanizm əslində, öldürülmüş virusla tanış olur. İkinci doza vurulan zaman isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır:

“Beləliklə, immun sistemi orqanizmə daxil ola biləcək virusdan qorunmaq üçün bütün fəaliyyətini yüksək səviyyədə yerinə yetirmiş olur”.

aia.az
Geri dön