Ana Sayfa > İqtisadiyyat > Bu obyektlərdə 1000-dən artıq nöqsan tapıldı

Bu obyektlərdə 1000-dən artıq nöqsan tapıldı


9-03-2021, 09:47. Yazar: sevinc1
Bu obyektlərdə 1000-dən artıq nöqsan tapıldı

Cari ilin 01-07 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilmiş və 1109 nöqsan aşkar edilib.

AQTA-dan Axar.az-a bildirilib. Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %);

Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkar edilib.

AİA.Az
Geri dön