Ana Sayfa > Karusel / Səhiyyə > ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb


5-03-2021, 13:41. Yazar: sevinc1
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb


Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar:

"Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu o, demək deyil ki, virus itəcək".

aia.az
Geri dön