Ana Sayfa > Media > "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək -

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək -


5-03-2021, 10:29. Yazar: sevinc1
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək -


Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə davam edəcəyi və "Cənub Qaz Dəhlizi"nin illik buraxılış gücünün genişləndirilməsi barədə qərar qəbul edəcəyi təqdirdə, Bolqarıstan investor kimi olmasa da, yekun istehlakçı və ya tranzit ölkə kimi bundan fayda əldə etməkdə maraqlı olacaq.

Bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

O bildirib ki, Bolqarıstan Balkan regionunda vacib qazpaylayıcı mərkəzə çevrilmək niyyətindədir:

"Ona görə də, müxtəlif mənbə və marşrutlardan daha çox qaza tələbat yaranacaq. Mən Azərbaycanla enerji əməkdaşlığının dərinləşməsi məsələsində Bolqarıstan üçün heç bir maneə görmürəm".

Azərbaycanın gələcəkdə yeni qaz yataqlarının işlənməsi barədə planlarına toxunan səfir qeyd edib ki, bu, müsbət işarədir:

"Bu, onu bildirir ki, gələcəkdə təbii qaz daha əlçatan olacaq. Bu, həm də Avropa hökumətləri və enerji şirkətlərinə "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi və yeni qaz xətlərinin çəkilməsinin planlaşdırılmasına başlamaq üçün çağırışdır. Bolqarıstanın da "Cənub Qaz Dəhlizi"ndən daha çox həcmdə qazın tranziti üçün Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) buraxılış gücünü artırmaq imkanı olacaq".

aia.az
Geri dön