Ana Sayfa > Siyasət > YAP-ın qurultayı başladı -

YAP-ın qurultayı başladı -


5-03-2021, 10:04. Yazar: sevinc1
YAP-ın qurultayı başladı -


Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı başlayıb.

Qurultayda partiyanın rəhbər strukturlarında dəyişiklik olunacağı gözlənilir.

09:24

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

Oxu.Az-ın məlumatına əsasən, partiyanın 7-ci qurultayında İdarə Heyətinin və Siyasi Şuranın tərkibin dəyişdirilməsi ilə bağlı qərarlar veriləcəyi ehtimal edilir.

Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Demokratik Sahibkarlar Partiyası YAP-a birləşmək barədə qərar veriblər. Bu barədə martın 4-də yerli mətbuatda həmin partiyalara istinadən məlumatlar dərc edilib.

YAP-ın qurultayında həmin partiyaların hakim partiyaya qoşulmaq qərarlarına da baxılacaq.

YAP özü isə qurultayla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
aia.az
Geri dön