Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb4-03-2021, 17:19. Yazar: sevinc1 |
Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza "AstraZeneca" vaksini ayrılıb. Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin paylanması barədə ilkin hesabatında deyilir. Vaksinlərin Azərbaycana 2021-ci ilin mayınadək tədarük olunması planlaşdırılır. Qeyd edək ki, Azərbaycan 2020-ci ilin sonunda 21 milyon dollar töhfə ilə COVAX mexanizminə qoşulub. aia.az Geri dön |