Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub


4-03-2021, 16:53. Yazar: sevinc1
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə aia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib. Hazırda 3 148 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 2 627 991 test icra olunub.

aia.az
Geri dön