Ana Sayfa > Media > Sumqayıtda müşavirə keçirilib

Sumqayıtda müşavirə keçirilib


17-04-2016, 14:21. Yazar: admin




Bu gün Sumqayıt şəhər icra Hakimiyyəti başçısının müavini Teymur Səmədovun iştirakı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin müşavirəsi keçirilib.
Müşavirədə mədəniyyət sahəsini əhatə edən problemlər və görüləcək işlər haqqında məlumat verilib. İcra başçısının müavini Teymur Səmədov cıxış edərək son aylarda şəhərimizdə mədəniyyət sahəsində görülən işlərdən, perspektiv planlardan danışıb. O qeyd edib ki, Heydər Əliyev mərkəzi üçün yeni inşa olunan binada artıq tamamlanma işləri gedir. Daha bir neçə mədəniyyət obyektinin tikintisi və əsaslı təmiri də nəzərdə tutulub. O bildirib ki, mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mədəniyyət işçilərini əsla arxayınlaşdırmamalıdır. Hər bir mədəniyyət işçisini öz işlərində daha da məsuliyyətli olmağa çağıran Teymur Səmədov mədəniyyət müəssisələrində yol verilən nöqsanlardan danışıb, irad və təkliflərini bildirib. Xüsusilə musiqi məktəblərində, kitabxanalarda aşkarlanan nöqsanların aradan qaldırılması üçün ciddi tapşırıqlar verib. “Bizim əsas məqsədimiz Azərbaycan dövlətinə sadiq, milli-mənəvi dəyərlərə uyğun vətəndaşlar yetişdirməkdir” deyən şöbə müdiri şagirdlərin milli ruhda yetişdirilməsinin önəmli olduğunu vurğulayıb.
Sonda Teymur Səmədov mədəniyyət işçilərinə fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, Sumqayıt günü gündən abadlaşır, şəhərimizdə yeni bir nəfəs var və biz birlikdə öz ümumi işimizlə bu diqqət və qayğıya cavab verməliyik.
Daha sonra çıxış edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qeyd edilən nöqsanların tez bir zamanda aradan qaldırılması üçün müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verib. O həmçinin şəhərimizdə təşkil edilən Novruz şənliklərində aktiv fəaliyyətlərinə görə ozfəaliyyət kollektivlərinə və müəssisə rəhbərlərinə təşəkkür edib.
Geri dön