Ana Sayfa > Dünya > Almaniyada karantin müddəti uzadıldı
Almaniyada karantin müddəti uzadıldı4-03-2021, 09:22. Yazar: sevinc1 |
Almaniyada koronavirusla bağlı tətbiq edilən karantin rejiminin müddəti martın 28-dək uzadılıb, lakin yumşalmalar da olacaq. Bu barədə kansler Angela Merkel deyib. "Biz lokdaunun ləğv edilməsi üçün addımlar atmalıyıq, amma bu addımların bizi geri aparmamasına diqqət etməliyik. 2021-ci ilin yazı 2020-ci ilə nisbətən fərqli olacaq", - kansler bildirib. Qeyd olunub ki, ilk addım olaraq, artıq martın 8-dən etibarən kitab və gül mağazalarının, bağçılıq bazarlarının, kosmetik studiyaların və sürücülük məktəblərinin açılması planlaşdırılır. Martın 22-dən etibarən restoranlar, kinoteatrlar və pərakəndə satış mağazalarının qismən açılması istisna edilmir. Bu, yalnız gigiyenik qaydalara ciddi riayət etməklə mümkün olacaq. aia.az Geri dön |