Ana Sayfa > İqtisadiyyat > Qızıl bahalaşır, alıcı azalır, toy biznesi çökür
Qızıl bahalaşır, alıcı azalır, toy biznesi çökür17-04-2016, 12:50. Yazar: admin |
Son günlər dünya və Avropa fond birjalarında keçirilən hərraclarda qızılın qiymətinin kəskin bahalaşması müşahidə edilir. Belə ki, son iki gündə qızılın bir unsiyası 12 dollaradək bahalaşaraq 1235 dollara yaxınlaşıb. Hələlik qiymətli metalın qiymətindəki bahalaşmanın səbəbləri açıqlanmır. Bununla bağlı vəziyyəti Milli.Az-a şərh edən iqtisadçşı-ekspert Pərviz Heydərovun fikrincə, qızılın bahalaşmasının əsas səbəbi həmişə olduğu kimi, yenə də neftin qiymətiylə bağlıdır: "Məlum olduğu kimi uzun fasilədən sonra neft dünya bazarlarında yenidən dəyər qazanmağa başlayıb. Bu isə ABŞ dollarının möhkəmlənməsi prosesinin yavaşıması, daha dəqiq desək, dayanması ilə eyni anda müşahidə edilir. Yəni, bu tandem həmişə mövcud olub və indi də özünü göstərir. Eyni zamanda, burada dünya fond birjalarında yaranmış qeyri-müəyyənlik də rol oynayır. Yəni, dövlətlərin öz valyuta ehtiyatlarının strukturunda qızılın artırılması elementlərini də istisna etmək olmaz. Bununla belə, tendensiya kövrək xarakter daşıyır". Ekspert qızılın qiymətinin bahalaşmasının Azərbaycanda qızıl bazarına, xüsusilə də toylara və toy biznesinə təsirinə də aydınlıq gətirib: "Məncə, burada birbaşa əlaqə yoxdur. Ümumiyyətlə, bu və ya digər ölkədə zinət əşyalarının qiymətlərini dünyada qızıl bazarında gedən proseslərlə əlaqələndirmək tam düzgün olmazdı. Bunu ölkəmizdə bu sahədə pərakəndə satış vəziyyətinin müşahidəsi də deməyə əsas verir. Məsələn, manatın hər iki devalvasiyası nəticəsində qızıl əşyalarının alqı-satqısı əhəmiyyətli dərəcədə zəifləyib. Bundan əlavə, ölkədə neft gəlirlərinin azalması ilə əlaqədar bütün sahələrdə iqtisadi aktivlik endiyindən toy biznesi də əvvəlki səviyyədə deyil. Bunu adicə hər axşam saat 6-dan sonra şəhərimizdəki şadlıq saraylarının qarşısından keçdikdə də görmək olur. Yəni toyların sayı gözəçarpacaq dərəcədə azalıb". İqtisadçının sözlərinə görə, hazırda vəziyyət belədir ki, manatın dəyərinin ucuzlaşması, habelə xarici amillərin təsiri ilə bağlı ölkə daxilində qızıl və zinət əşyalarının qiymətləri əvvəlki vəziyyətlərindən xeyli yüksəlib, digər tərəfdən isə əhalinin də real alıcılıq qabiliyyəti azalıb. Ona görə də dütün bunların yanında dünya bazarlarındakı bu və ya digər tendensiyaların təsirindən danışmaq yersiz görünür. Geri dön |