Ana Sayfa > İdman > Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır

Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır


3-03-2021, 13:07. Yazar: sevinc1
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır

Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır.

Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək Avro-2020 iyunun 11-də start götürəcək.

Bakı Olimpiya Stadionu çempionatın 4 matçına ev sahibliyi edəcək. Bakıda qrup mərhələsinin A qrupunun 3 matçı və 1 dörddəbir finalı keçiriləcək.

Futbol həvəskarları Bakıda iyunun 12-də Uels-İsveçrə, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də İsveçrə-Türkiyə matçlarını izləyəcək. İyulun 3-də dörddəbir final matçı keçiriləcək.
Qeyd edək ki, ötən il baş tutmalı olan Avropa çempionatın koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Turnir iyunun 11-dən iyulun 11-dək Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Dublin, Kopenhagen, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək.

AİA.Az
Geri dön