Ana Sayfa > Qərbi Azərbaycan > FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər -

FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər -


3-03-2021, 10:51. Yazar: sevinc1
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər -

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında vaksinasiya prosesi hələki yalnız Bakı şəhəri üzrə başlayıb.

Bunu Trend-ə açıqlamasında nazirliyin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə könüllü müraciət edə bilərlər:

“Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesi hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gəlməlidirlər”.

aia.az
Geri dön