Ana Sayfa > Yazar1 > Niyə belə tez gəldin payız?

Niyə belə tez gəldin payız?


3-03-2021, 10:00. Yazar: sevinc1
Niyə belə tez gəldin payız?

Şəcahan Gün

Niyə belə tez gəldin payız?

Çağrılmamış qonaq kimi...
Hara belə tələsirsən?
Gah qıvrılb, gah sızlayıb, gah əsirsən.
Budaqdan üzülən yarpaq kimi...
Nədən belə bağırırsan,
Haray çəkib, hər bir yanı dağıdırsan?
Axı ümidləri də qırırsan, qoparırsan.
Qorxuram mənim sevgimi də,
Özün ilə apararsan...
Bəlkə sən də duyuq düşmüsən,
Bu sevginin bu payız bitəcəyini,
Yoxsa belə tez gəlməzdin,
Ümidimi də üzməzdin.
Ümidim var bəlkə hələ...
Soyuq, soyuq, əsmə belə...
Köçüb gedən durnalar,
Birdən mənim sevgim olar,
Sevgimi də özü ilə aparar...
Bu qədər tələsmə, payız...
Ümidimi kəsmə, payız...


Geri dön