Ana Sayfa > Media > YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


2-03-2021, 15:31. Yazar: sevinc1
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans formatında yığıncaq keçirilib.

YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev tədbiri açaraq təşkilatın ötən dövr ərzindəki fəaliyyəti haqqında məlumat verib. T.Əliyev qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, YAP Göygöl rayon təşkilatı yarandığı vaxtdan öz işini partiyanın proqram və nizamnaməsinə, partiya rəhbərliyinin uyğun qurub. Təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hazırda YAP Göygöl rayon təşkilatında 121 ərazi ilk partiya təşkilatları üzrə 5326 üzv birləşib.

Tədbirdə daha sonra Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu və YAP Göygöl rayon təşkilatının Qadınlar Şurasının sədri Nuranə Quluyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının yeni mərhələsinin başlandığını bildiriblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın gücünü və qüdrətini daha da artıracaq.

Çıxış edən natiqlər həmçinin Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıb, YAP Göygöl rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

aia.az






Geri dön