Ana Sayfa > İdman > İbrahimoviç bu oyunu buraxa bilər
İbrahimoviç bu oyunu buraxa bilər1-03-2021, 20:34. Yazar: admen |
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 25-ci turunda "Udenize" ilə matçı buraxa bilər. AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 39 yaşlı hücumçunun bu nahiyəsindən zədələndiyi və ona görə də qarşıdakı oyunu buraxmaq ehtimalı olduğu bildirilib. İbrahimoviç tezliklə müayinədən keçəcək və durumuna aydınlıq gələcək. İsveçli oyunçu ötən gecə 24-cü turda "Roma" ilə görüşün 56-cı dəqiqəsində əvəzlənmişdi. Qeyd edək ki, martın 3-də keçiriləcək "Milan" - "Udenize" matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq. Geri dön |