Ana Sayfa > Qərbi Azərbaycan > Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub -

Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub -


1-03-2021, 10:59. Yazar: sevinc1
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub -


Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bugünə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.

aia.az
Geri dön