Ana Sayfa > Karusel > Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib


17-04-2016, 12:17. Yazar: admin
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib





Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yaponiyanın imperatoru əlahəzrət Akihitoya
başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Geri dön