Ana Sayfa > Dünya > Rusiyada bir evdən dörd nəfərin cəsədi aşkarlandı:
Rusiyada bir evdən dörd nəfərin cəsədi aşkarlandı:1-03-2021, 08:38. Yazar: sevinc1 |
Rusiyanın Nijeqorod vilayətinin Kudma qəsəbəsində bir mənzildən dörd nəfərin cəsədi aşkar olunub. Aralarında bir uşağında olduğu şəxslərin qətlə yetirildiyi müəyyən edilib. “RİA Novosti” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib. “Kudmada dörd nəfər qətlə yetirilib. Nənə, baba, ana və körpə”, - deyə mənbə qeyd edib. Ölənlərdən babanın 64, nənənin 63, ananın 41, uşağın isə 5 yaşı var. Hadisə yerinin müayinəsi zamanı istintaqçılar zorakılıq əlamətləri aşkar ediblər. Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindən verilən məlumata görə, cinayətlə əlaqədar dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar yerli prokurorluq orqanları tərəfindən istintaq araşdırmaları aparılır. aia.az Geri dön |