Ana Sayfa > Cəmiyyət > Azərbaycanlı aktyor dünyasını dəyişdi

Azərbaycanlı aktyor dünyasını dəyişdi


17-04-2016, 10:31. Yazar: admin
Azərbaycanlı aktyor dünyasını dəyişdi




Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat veriblər.

Xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Azərbaycan naminə” filmlərində çəkilib.
Onun “Bir cənub şəhərində” filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Geri dön