Ana Sayfa > İqtisadiyyat > Bazarlarda ərəb qızılı yoxa çıxıb
Bazarlarda ərəb qızılı yoxa çıxıb17-04-2016, 10:14. Yazar: admin |
Dünya bazarında qızılın qiyməti 8 dollardan çox bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 8,10 dollar bahalaşaraq 1 234,60 dollara, gümüş isə 0,08 dollar bahalaşaraq 16,26 dollara satılıb. Qiymətli metalın dünya bazarında bahalaşması yerli bazara da təsir göstərib. Təxminən iki ay əvvəl manatın devalvasiyasından sonra 50 faizədək qiyməti yüksələn qızıl yenidən balaşmağa doğru start götürüb. Milli.Az bildirir ki, qızıl satışı ilə məşğul olanlar teleqraf.com-a deyib ki, hazırda bazarda dövriyyədə olan rus, türk və italyan qızıllarının qiyməti ümumilikdə 2 dəfə artıb. Əyarı digərlərindən yüksək olan ərəb qızılının satışı isə dayanıb. İllərdir dəbdə olan və qiyməti bir qədər ucuz olan rus və türk qızılının qiyməti də xeyli dəyişib. Devalvasiyadan əvvəl, yəni dolların məzənnəsi 0,78 manat olanda rus və türk qızılının bir qramının "lom" qiyməti 16 manat idisə, birinci devalvasiyadan sonra qiymət 20 manat olub. Türk qızılının devalvasiyadan əvvəllər satış qiyməti 22-25 , birinci devalvasiyadan sonra qiymət 30-33 manat olub. Rus qızılı birinci devalvasiyadan əvvəl 22-23, sonra 28-30 olub. İtalyan qızılı əvvəl 36-42, sonra 50-55 olub. Hazırda rus və türk qızılının bir qramının lom qiyməti 31 manatdır. Rus qızılı almaq istəyən müştərilər üçün satış qiyməti qramla 40-45 manatdır. Türk qızılının bir qramının satış qiyməti 50-60 manatdır. Son üç-dörd gündə isə bütün əyarlı qızılların satışında hər qramında 4-5 manat artım olub. Devalvasiyadan əvvəl qramı 20-21 manat olan 750 əyarlı italyan qızılının hazırda "lom" qiyməti 40 manat, bazardakı satış qiyməti 60-80 manat arasındadır. Qeyd etdiyimiz kimi, ərəb qızılının satışı isə tamamilə dayanıb. Satıcılar bunu dolların kursunun yüksəlməsi ilə izah edirlər. Bildirirlər ki, ərəb qızılı baha olduğu üçün tələbat azdır. Geri dön |