Ana Sayfa > Şou-biznes > Rusiya ilə Amerika arasında yeni qırıcı qalmaqalı
Rusiya ilə Amerika arasında yeni qırıcı qalmaqalı17-04-2016, 10:06. Yazar: admin |
Rusiyaya məxsus "Su-27" qırıcısı təyyarəsi Baltika dənizi akvatoriyasının səmasında ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə məxsus RC-135 kəşfiyyatçı təyyarəsini yaxalayıb. Report-un məlumatına görə, bu haqda "CNN" telekanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, Su-27 təxminən RC-135-i hətta 15 metr məsafəyə qədər təqib edib. Telekanal əlavə edir ki, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığının nümayəndəsi Denni Ernandesi Amerika təyyarəsinin neytral suların üzərində uçduğunu, Rusiyanın hava məkanına daxil olmadığını iddia edib. "Bir pilotun təhlükəli və qeyri-peşəkar hərəkətləri ölkələr arasında gərginliyin lazımsız eskalasiyasına gətirib çıxara bilər", - deyə televiziya şirkəti Ernandesin iddiasından sitat gətirib. Geri dön |