Ana Sayfa > Parlament > "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda onlayn videokonfrans keçirildi

"Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda onlayn videokonfrans keçirildi


26-02-2021, 14:23. Yazar: sevinc1
"Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda onlayn videokonfrans keçirildi


26.02.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının təşkilatçılığı ilə "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn videokonfrans keçirilib.

İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra YAP Göygöl Rayon Təşkilatının sədri Turani Əliyev çıxışına başlayaraq bildirib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Xocalının kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Daha sonra söz YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Aygün Həsənovaya verildi. A. Həsənova öz çıxışına Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başladı: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." O çıxışının davamında qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırıma siyasi hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir.

Tədbir çərçivəsində Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin Gəncə Departamentinin sədri , Xocalı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Direktoru Xocalı Soyqrımının canlı Şahidi Aqil Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixini yazan, xalqımızın şərəfini, şanını, uca tutan onun namusu və qeyrəti yolunda yorulmaz mübarizə aparan sevimli sərkərdəmiz - Ali

Baş komandanımız cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na kimi apardığı 44 günlük müharibə meydanında erməni cəlladlarından Xocalı faciəsinin intiqamını aldı, xalqımıza baş ucalığı, şərəf, şan gətirdi. Bununlada yenilməz sərkərdəmiz nəinki Xocalı faciəsinin hətta bütün işğal olunmuş Azərbaycan torpaqlarının intiqamını aldı. Xalqımız heç bir vaxt bəşər tarixinin ən ağır və amansız cinayəti olan Xocalı faciəsini unutmayacaqdır. 44 günlük müharibə ərzində şəhid olan, vətən torpaqlarını öz müqəddəs qanları ilə yuyan şəhid oğullarımızı həmişə qəlbimizdə saxlayacağıq. Onları şərəflə yad edəcəyik . Yekunda Xocalı faciəsi haqqında şeir demək üçün söz Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin 5- ci sinif şagirdi Aysu Həsrətzadəyə verildi.

aia.az









Geri dön