Ana Sayfa > Karusel / Media > Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq
Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq26-02-2021, 14:16. Yazar: sevinc1 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən aia.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. AİA.AZ Geri dön |