Ana Sayfa > Media > Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib


26-02-2021, 10:44. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası  Tovuz Rayon Təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Fevralın 24-də Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda YAP Tovuz rayon təşkilatı idarə heyyətinin üzvləri və bir sıra ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

Təşkilatın iş planına uyğun olaraq ərazi ilk partiya təşkilatlarında partiya üzvlük haqlarının hesablanıb köçürülməsi vəziyyəti müzakirə olunub. Rayon təşkilatının sədri Məzahir Bayramov bildirib ki, üzvlük haqlarının ödənilməsi partiya intizamının mühüm tərkib hissəsi və partiya üzvlərinin vəzifələrindən biridir.O qeyd edib ki,üzvlük haqqının hesablanıb rayon təşkilatının hesabına köçürülməsi pandemiya şəraitində yaşayıb işləməyimizə baxmayaraq ümumən qənaətbəxşdir. Lakin bunlar rayon təşkilatının potensialı səviyyəsində deyildir.Təşkilatın fəaliyyətinin daha da genişəndirilməsi və gücləndirilməsi üçün etibarlı təminat yaradılmasının vacibliyi diqqətə çatdırılmışdır.Müzakirələrdə çıxış edən idarə heyyətinin üzvləri Fərman Qurbanov və Nihad Pənahov ayrı-ayrı ərazi partiya təşkilatlarındakı vəziyyəti təhlil edərək işin daha yaxşı qurulması üçün təkliflər vermişlər. Eyni zamanda Ə.Cavad küçəsi, A.M.Bayramov küçəsi və Nizami küçəsi ərazi ilk partiya təşkilatlarının ünvanlarına tənqidi fikirlər səsləndirilmiş, “Azərpoçt” MMC, “Azəriqaz” İB, və “Azərişıq” ASC-nin yerli qurumlarında çalışan partiya üzvlərinin üzvlük haqlarının mərkəzləşdirilmiş mühasibatlıqlar tərəfindən tutulub köçürülməsini təmin etmək üçün lazımi iş aparmadıqları qeyd olunmuşdur.Sonda müzakirə olunan məsələ ilə bağlı konkret qərar qəbul olunmuş, ilk partiya təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

İdarə Heyyətinin iclasında eyni zamanda “Şəhid ailələrinə qayğı aksıyası” nın gedişi barədə məlumat dinlənilmişdir. Qeyd olunmuşdur ki , şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür diqqət və qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər xalq tərəfindən rəğbətlə qarşılanır. Dövlət dəstəyi ilə yanaşı cəmiyyətin ayrı- ayrı təbəqələri bu kateqoriyadan olan insanlarımıza həsaslıqla yanaşır və dəstəklərini əsirgəmirlər. Cəmiyyətdə baş verən bütün pozitivlərin önündə gedən, onun fəal iştirakçlısı olan Yeni Azərbaycan Partiyası bu sahədə də öz öncüllüyünü davam etdirir.Partiyanın həyata keçirdiyi “Şəhid ailələrinə qayğı” aksiyasını insanlarımız rəğbətlə qarşılayır və təqdir edirlər. İclasda aksiya çərçivəsində YAP-ın Tovuz rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, eyni zamanda şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışılmış, bu işə müntəzəm xarakter verilməsinin vacibliyi qeyd olunmuşdur.

AİA.AZ





Geri dön