Ana Sayfa > Parlament > YAP Samux rayon təşkilatı İdarə Heyətinin videokonfransı keçirildi

YAP Samux rayon təşkilatı İdarə Heyətinin videokonfransı keçirildi


26-02-2021, 10:42. Yazar: sevinc1
YAP Samux rayon təşkilatı İdarə Heyətinin videokonfransı keçirildi


25.02.2021-ci il tarixdə YAP Samux rayon təşkilatı idarə heyətinin videokonfransı keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdi.

Videokonfransda YAP Samux rayon təşkilatının 2021-ci ilin Fevral ayında gördüyü işlərə dair hesabatı dinlənildi və Mart ayında görüləcək işlər , keçiriləcək tədbirlər müzakirə edildi.

Fevral ayında görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, YAP Samux rayon Təşkilatının 2021-ci ilin I yarımilliyi üçün təsdiq edilmiş iş planına müvafiq olaraq, Fevral ayının əvvəlində 02 Fevral 2021-ci il tarixdə 2 Fevral Gənclər Günü münasibətilə videokonfrans keçirildi. Gənclər Günü II Qarabağ müharibəsində Şanlı Qələbəmizdən sonra ilk dəfə olduğu üçün “Vətəni qorumaq müqəddəs borcumuzdur” devizi altında keçirildi.

05 Fevral 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə videokonfrans keçirildi.Tədbirin gündəliyində 2 məsələ var idi. I məsələ “YAP dövlətimizin koronavirusla mübarizə ilə bağlı həyata keçirdiyi tədbirləri dəstəkləyir” mövzusu, II məsələ “Ərazi ilk partiya təşkilatlarında sənədləşmə işləri ilə əlaqədar görüləcək işlər” idi. I məsələ haqqında geniş maarifləndirici söhbətlər aparılaraq müzakirələr edildi. Mərkəzi Rayon Xəstəxanasının infeksionist həkimi Nərminə Hüseynova koronavirusla mübarizədə vaksinasiyanın rolu haqqında geniş məlumat verdi. İştirakçılara bildirildi ki, Koronavirusdan xilas olmanın yeganə yolu vaksinasiyadır. Sonra II məsələ müzakirə edildi. Ərazi ilk partiya təşkilatlarında görüləcək işlərdən bəhs edilərək, partiya tərəfindən verilən tapşırıqların ərazi ilk partiya təşkilatlarında yerinə yetirilmə vəziyyəti müzakirə edildi.
08 Fevral 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının təşkilatçılığı və Gənclər Birliyinin iştirakı ilə qazilərimizlə videogörüş keçirildi. 4 nəfər qazinin iştirak etdiyi videogörüşdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təəsüratlarını bölüşüb, xatirələrini danışıblar.
16 Fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar videokonfrans keçirildi. Videokonfransın mövzusu “Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsinin tarixi əhəmiyyəti” idi.
18 Fevral 2021-ci il tarixdə yeniyetmə və gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılması məqsədi ilə “Tarixə yazılan 44 gün Qələbəmizin nidasıdı!”devizi altında Vətən müharibəsində sücaət göstərmiş samuxlu qazilərlə gənclərin onlayn görüşü keçirildi.

24 Fevral 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının Xocalı soyqırımına həsr olunmuş “Xocalının günahsız qurbanlarının ruhu əbədi rahatlığa qovuşdu” mövzusunda videokonfrans keçirildi.Konfransda qeyd olundu ki, Qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanaraq bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı.
Hal-hazırda Fevral ayının 26-da Xocalı soyqırımı haqqında YAP Samux rayon təşkilatının Şura üzvlərinin və Gənclər Birliyinin üzvlərinin iştirakı ilə “İşğaldan azad edilmiş torpaqlarımız xalqımızın Xocalı soyqırımı qurbanlarına vəfa borcudur” mövzusunda videokonfransın keçirilməsinə və həmin gün Ağacəkmə kampaniyasına hazırlıq işləri aparılır.

YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə “Şəhid ailələrinə və qazilərə yardım aksiyası” çərçivəsində silsilə tədbirlər keçirilir.
2020-ci ilin sonuna qədər II Qarabağ müharibəsindən sonra 7 şəhid ailəsinin hər birinə 300 manat olmaqla 2100 manat maddi yardım göstərilmişdir.5 Qazi ailəsinə və 15 əsgər ailəsinə ərzaq yardımı göndərilmişdir.
2021-ci il Fevral ayı ərzində 7 Şəhid ailəsinə və 10 Qazi ailəsinə ziyarət təşkil edilmiş və ərzaq bağlaması verilmişdir. “Şəhid və qazi ailələrinə yardım aksiyası” mütəmadi olaraq davam etdirilir.

Hesabat dinlənildikdən sonra çıxış edən İdarə heyətinin üzvləri YAP Samux rayon təşkiatının 2021-ci ilin Fevral ayındakı fəaliyyətini bəyənərək qənaətbəxş hesab etdilər. Qərar səsə qoyularaq təsdiq edildi.

Sonra Mart ayında görüləcək işlər və keçiriləcək tədbirlər müzakirə edildi.Rayon təşkilatının İdarə heyəti üzvlərinin rəy və təklifləri nəzərə alınaraq Mart ayında görüləcək işlər və keçiriləcək tədbirlər də səsvermə yolu ilə təsdiq edildi.

AİA.AZ



Geri dön