Ana Sayfa > Siyasət > Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb

Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb


26-02-2021, 10:01. Yazar: sevinc1
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb


Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aia.az-a bildiriblər ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı zərflərdə göndərəcəklər.

aia.az
Geri dön