Ana Sayfa > Qərbi Azərbaycan > Fransada koronaviruslu tibb işçiləri həkim çatışmazlığından işə çıxırlar

Fransada koronaviruslu tibb işçiləri həkim çatışmazlığından işə çıxırlar


26-02-2021, 09:02. Yazar: sevinc1
Fransada koronaviruslu tibb işçiləri həkim çatışmazlığından işə çıxırlar

Fransada heyət çatışmazlığı və mükafat səbəbindən koronavirus testi müsbət çıxan tibb işçilərinin işə gəldiyi bilirilir.

“Anadolu” agentliyi xəbər yayır ki, həmin şəxslər koronavirusu simptomsuz keçirir.

Fransa mətbuatı ölkənin bir çox bölgəsində baxım evləri işçilərinin, həkimlərin və tibb bacılarının koronavirusa yoluxmalarına baxmayaraq karantinə deyil, işə getdiyini yazır.

Xəstəxanaların rəhbərliklərinin bunu elmi komitənin 23 may 2020-ci il tarixindəki “Testi müsbət nəticə verən tibb işçiləri müalicənin davamlılığını təmin etmək üçün müstəsna hallarda vəzifələrində qala bilərlər” qərarını səbəb kimi göstərərək işçilərinə işə gəlmələri üçün təlimat verdikləri qeyd olunur.

aia.az
Geri dön