Ana Sayfa > Karusel / Dünya > “Ermənistanda baş verənləri şiddətlə qınayırıq” -
“Ermənistanda baş verənləri şiddətlə qınayırıq” -25-02-2021, 15:21. Yazar: sevinc1 |
Türkiyə Ermənistanda baş verənləri şiddətlə qınayır. Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanda keçirdiyi mətbuat konfransında deyib. "Türkiyə dünyanın istənilən yerində çevriliş və çevriliş cəhdlərinə qarşıdır. Demokratiyada xalqlar istefa tələb edə bilər, bu, təbiidir. Amma hərbçilərin seçilən hökuməti nəinki devirmək, istefa çağıışı belə qəbuledilməzir. Biz bu çağırışı şıddətlə qınayq. Bölgənin inkişafı üçün yeni fürsət yaranıb və bu, dəyərləndirlməlidir". Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu ölkədə hərbi çevriliş cəhdi adlandıraraq, tərəfdarlarını təcili Respublika meydanına çağırıb. aia.az Geri dön |