Ana Sayfa > Ölkə > Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib24-02-2021, 15:04. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir. Ölkədə son sutka ərzində 7 915, hazırkı dövrədək isə 2 571 016 test aparılıb. aia.az Geri dön |