Ana Sayfa > Yazar1 > Düşünüm...

Düşünüm...


24-02-2021, 12:56. Yazar: sevinc1
Düşünüm...

Şəcahan Gün

Bəlkə bu gecə yatmayım hələ,
Bəlkə sübhə kimi səni düşünüm.
Düşünüm dən düşmüş saçlarını mən,
Düşünüm alnının qırışlarını...
Düşünüm xəyala daldığın zaman,
Yollara dikilən baxışlarını...
Nədəndir mən səni tapa bilmirəm,
Axtara – axtara durub qalmışam.
Bu həyat yolunun ayrıcında mən.
Bəlkə ürəyinin yolu çox uzun.
Bəlkə dərinlikdə çaşıb qalmışam.



Geri dön