Ana Sayfa > Cəmiyyət > “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Göygöl rayon təşkilatının nümayəndələri Şəhid ailələrini ziyarət edirlər

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Göygöl rayon təşkilatının nümayəndələri Şəhid ailələrini ziyarət edirlər


24-02-2021, 10:54. Yazar: sevinc1
“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Göygöl  rayon təşkilatının nümayəndələri Şəhid ailələrini ziyarət edirlər


Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir.

YAP Göygöl rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin Şəhidləri Bayramov Həsən Bəhrəm oğlu və Bayramov Elcan Qoşqar oğlunun ailələrini ziyarət ediblər. Şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb Şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad ediblər.

YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, rayon partiya təşkilatı qadınlar şurasının sədri Nuranı Quliyeva və ilk partiya təşkilatının sədri İlham Əhmədov ailə üzvləri ilə birlikdə Şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna bir daha nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Ziyarətçilər Şəhid ailələrinin məişət şəraiti və gündəlik qayğıları ilə maraqlanıblar. Diqqətə çatdırıldı ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, müzəffər ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğı mərkəzindədir. Şəhid ailələrinə ərzaq sovqatı çatdırılmışdır.

Şəhid ailələrinin üzvləri Azərbaycan xalqına misilsiz və tarixi qələbə sevincini bəxş edən Şəhid övladlarından qürurla bəhs etdilər, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, və bütün yerli strukturlara təşəkkürlərini bildirdilər.
Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

aia.az














Geri dön