Ana Sayfa > Media > Buzlu havada yıxılan 8 nəfər təcili yardıma müraciət edib

Buzlu havada yıxılan 8 nəfər təcili yardıma müraciət edib


24-02-2021, 10:40. Yazar: sevinc1
Buzlu havada yıxılan 8 nəfər təcili yardıma müraciət edib


Bakıda ötən gecədən bu vaxta qədər qarlı hava ilə bağlı 8 nəfər yıxılaraq xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat veriblər.

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

aia.az
Geri dön