Ana Sayfa > İqtisadiyyat > 1.4 trilyon dollar ofşor hesablardadır

1.4 trilyon dollar ofşor hesablardadır


16-04-2016, 21:13. Yazar: admin
1.4 trilyon dollar ofşor hesablardadır






Oxfam-ın hesabatına əsasən, Apple, Microsoft, General Electric kimi böyük şirkətlərin olduğu 50 ABŞ firmasının 1.4 trilyon dolları ofşor hesablarda saxlanılır.
Oxfom-un hesabatında, bu 50 firmanın ABŞ hökumətinə vergi ödəməmək üçün ofşor hesabları seçdikləri və ölkənin federal siyasətlərinə təsir etmək üçün hər il lobbiçilik fəaliyyətlərinə yüz milyonlarla dollar xərclədiyi iddia olunub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hesabatda vergidən yayınma fəaliyyətinin ABŞ iqtisadiyyatına hər il 111 milyard dollar dəyərində olduğu qeyd olunub: "Varlı ilə yoxsul arasındakı uçurum yeni bir səviyyəyə çatıb. Hazırda dünya üzrə 62 şəxsin ümumi sərvəti 3,6 milyard insanın sərvətinə bərabərdir. Bu, dünya əhalisinin yarısı deməkdir"

Hesabatda həmin 50 şirkətin lobbiçilik fəaliyyətləri üçün sərf etdiyi hər bir dolların müqabilində vergi sərbəstliyindən 130 dollar istifadə etdiyi bildirilib. Bu şirkətlərin, yenə lobbiçilik fəaliyyətləri üçün xərclədiyi hər bir dollar müqabilində ABŞ federal kredit, kredit zəmanətləri və böhrandan çıxış paketlərindən də 4 min dollar dəstək aldıqları vurğulanıb: "Vergidən yayınma hər il yoxsul ölkələrdən 100 milyard dolların çəkilməsinə səbəb olur. Bu da təhsil, səhiyyə, infrastruktur kimi mühüm investisiyaların qoyulmasına mane olmaqla yoxsulluğu artırır".

Şirkətlərin siyahısında texnologiya nəhəngi Apple 1-ci yerdə qeydə alınıb. Firmanın 181 milyard dollarlarının dörd fərqli ofşor təşkilatında saxladığı və firmanın bu günə qədər 21 milyard dollar vergi sərbəstliyindən istifadə etdiyi bildirilib.

General Electric-in ikinci yerdə olduğu qeyd olunaraq, şirkətin ümumilikdə 119 milyard dollarlarının 18 fərqli ofşor təşkilatında olduğu və 161 milyon dolları lobbiçilik fəaliyyətləri üçün xərclədiyi, 40 milyard dollar vergi sərbəstliyindən, 28 milyard dollar da federal kredit, kredit zəmanətləri və böhrandan çıxma paketlərindən istifadə etdiyi bildirilib.

Üçüncü yerdə qeyd olunan Microsoft-un da 108 milyard dollarlarının 5 fərqli ofşor təşkilatında saxlanıldığı və 22 milyard vergi sərbəstliyindən istifadə etdiyi, lobbiçilik fəaliyyətləri üçün 57 milyon dollar xərclədiyi qeyd edilib.

Siyahıda yerləşdirilən digər amerikalı şirkətlərin arasında Coca Cola, Pepsi, Walt Disney, Procter & Gamble kimi böyük firmalar var.
Geri dön