Ana Sayfa > Ölkə > Cənnətdəki ilk doğum günü:

Cənnətdəki ilk doğum günü:


23-02-2021, 16:08. Yazar: sevinc1
Cənnətdəki ilk doğum günü:


Cənnətdəki ilk doğum günü: Şəhid Səməndər İsgəndərov

23 fevral 2021-ci il tarixdə Masallı rayon Sərçuvar kəndində Vətən müharibəsinin şəhidi Səməndər Vahid oğlu İsgəndərovun doğum günü münasibətilə Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Adəm Məhərrəmov və Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev şəhidin məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin atası Vahid İsgəndərov göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.

aia.az






Geri dön