Ana Sayfa > Karusel / Media > Restoranlarla bağlı deputatdan təklif -

Restoranlarla bağlı deputatdan təklif -


23-02-2021, 13:38. Yazar: sevinc1
Restoranlarla bağlı deputatdan təklif -


Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və eyni adamlar çalışır. S.Möhbalıyev vurğulayıb ki, həmin iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.

aia.az
Geri dön