Ana Sayfa > Parlament > Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda məsuliyyətə cəlb edilməyəcək –
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda məsuliyyətə cəlb edilməyəcək –23-02-2021, 12:56. Yazar: sevinc1 |
Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir. Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasına müzakirə edilib. Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir. Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. aia.az Geri dön |