Ana Sayfa > Ölkə > Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq

Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq


23-02-2021, 12:31. Yazar: sevinc1
Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq


Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

aia.az xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

aia.az
Geri dön