Ana Sayfa > Şou-biznes > Yalçın Rzazədənin harada dəfn olunacağı bilinmir

Yalçın Rzazədənin harada dəfn olunacağı bilinmir


23-02-2021, 11:29. Yazar: sevinc1
Yalçın Rzazədənin harada dəfn olunacağı bilinmir


Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazədənin harada dəfn olunacağı dəqiq bilinmir.

Bu barədə Azvision.az -a açıqlamasında sənətkarın oğlu Orxan Rzazadə deyib.

"Dəfn mərasiminin harada olacağı dəqiqləşməyib. Ola bilsin, cənazəni Lənkərana apardıq", - deyə Xalq artistinin oğlu söyləyib.

Qeyd edək ki, Yalçın Rzazədə uzun sürən xəstəlikdən sonra ötən gün haqq dünyasına qovuşub.

aia.az
Geri dön