Ana Sayfa > Şou-biznes > "Oksana rahat ol, kanal rəhbərləri bizi çox pulsuz toya göndərib"
"Oksana rahat ol, kanal rəhbərləri bizi çox pulsuz toya göndərib"22-02-2021, 19:35. Yazar: admen |
Müğənni Xatirə İslam rəqqasə-aktrisa Oksana Rəsulovanın onunla bağlı açıqlamasına münasibət bildirib. AİA.Az axşam.az-a istinadən bildirir ki, Oksana Xatirənin verilişlərə çıxmaq üçün telekanallardan qonorar istəməsini tənqid edib. "Telekanalların sayəsində məşhur olmuşuq. İndi onlardan pul istəməyimiz düz deyil" deyən rəqqasəyə ifaçı belə cavab verib: "Əzizim Oksana, biz istəməli deyilik, onlar verməlidir. Tək mənə yox, hamımıza, bütün efirə vaxt sərf edib gəlib oxuyan sənətkarlara. Birdə bizi tanıtdığı ərəfədə televiziya bizim həm ifalarımızdan, həm də yersiz qalmaqallarımızdan yaranan reytinq sayəsində efir saatından pulunu necə lazımdır götürüb. Sən rahat ol, buna görə borcumuz yoxdur. Hələ kanal rəhbərlərinin göndərdiyi yüzlərlə pulsuz tədbirləri, toyları demirəm". Xatirə onun sözlərinə dəstək olanlara da təşəkkür edib. Geri dön |