Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir? - TƏBİB cavab verir

Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir? - TƏBİB cavab verir


22-02-2021, 15:30. Yazar: sevinc1
Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir? - TƏBİB cavab verir

Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndi "COVID-19"-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

TƏBİB-dən AİA.Az-a verilən məlumata görə, bu barədə "CoronaVAC"-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz "CoronaVAC" peyvəndinin virusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektivliyini yoxlamaq üçün kliniki sınaqlarını aparıb və nəticə uğurlu olub.

Mərkəz rəhbəri "Sinovac" şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğuna da diqqət çəkib. Bildirib ki, inaktivləşmiş bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Geri dön