Ana Sayfa > Media > Xan Lənkəranda üç müharibə veteranının yaşadığı ev

Xan Lənkəranda üç müharibə veteranının yaşadığı ev


22-02-2021, 10:42. Yazar: sevinc1
Xan Lənkəranda üç müharibə veteranının yaşadığı ev


Bir ailənin 4 üzvündən üçü müharibə iştirakçısı olan ailə yəqin ki, respublikamızda barmaqla sayılası qədərdir. O bir nəfər də şəkər xəstəsi olan, iki Vətənpərvər oğul böyüdüb ərsəyə gətirən Anadır. Bu ailə Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran şəhərində yaşayır.

Lənkəran rayonunun "xan" statusu daşıyan RİH başçısı Taleh Qaraşov üç üzvü müharibə veteranı olan ailənin müraciətini niyə saya salmır? Onların işlə təminatı, mənzil probleminin həllini rayonun hansısa iş adamlarına, idarə və təşkilat rəhbərlərinə həvalə etməklə yoluna qoymaq olmazdımı? Dövlət başçısının müharibə veteranlarına olan xüsusi münasibəti, diqqət və qayğısından bəlkə xəbərsizdir? Bəs RİH başçısından heç də geri qalmayan uzunömürlü "deputat" statusu daşımış Hadi Rəcəbli və onun bugünkü sələbi Rüfət Quliyev hara baxır?

Əslində adını çəkdiyimiz hər üç səlahiyyət sahibləri el töhmətindən, qınağından özlərini heç cür sığortalaya bilməzlər. Ən azından özləri üstündə oturduqları sərvətin, milyonların üstündən bir neçə misqal götürüb məsələnin səssizcə həllinə nail ola bilərdilər. Bu məsələdən Dövlət Başçısı xəbər tutanda onlardan soruşmayacaq ki, Veterana qayğı belə "qayğı"? Onda görəsən özlərini doğrultmaq üçün söz tapa biləcəklərmi?



Dağlar.tv
P.S. Mövzuya qayıdacağıq.
Geri dön