Ana Sayfa > Seçilənlər-2 > Bu pişik XİN-də işləyir
Bu pişik XİN-də işləyir16-04-2016, 20:22. Yazar: admin |
İngiltərə Xarici İşlər Nazirliyinin Londondakı binasında siçanlardan xilas olmaq üçün bir pişik ştata salınıb. "Palmerston" adlı pişik ölkənin bir çox diplomatları və nazirləri ilə birlikdə Londonun mərkəzindəki Uaythol küçəsində yaşayır. Nazirlikdən verilən məlumatlara görə, ştata salınan pişiyə görə heç bir vergi ödənilməyəcək. Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, İngiltərə hökuməti baş nazirinin binasında da "Larry" adlı pişik ştata salınmışdı. "Larry" vəzifəyə 2011-ci ildə başlayıb. İngiltərə baş naziri Devid Kemeron bir radio proqramında "Larry"nin çok çalışdığını və gəmiricilərlə yaxşı mübarizə apardığını demişdi. Qeyd edək ki, "Larry"nin "Twitter" səhifəsi və 47.500 nəfər də izləyicisi var. Geri dön |