Ana Sayfa > Siyasət > Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada TANAP-ın ofisində olub

Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada TANAP-ın ofisində olub


19-02-2021, 15:35. Yazar: sevinc1
Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada TANAP-ın ofisində olub


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Trans-Anadolu qaz kəməri - TANAP-ın Ankaradakı ofisində olub.

Trend xəbər verir ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti barədə təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini söyləyib, bunun hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

aia.az
Geri dön